Azərbaycan parlamenti ABŞ Konqresinin “Azərbaycan Demokratiya aktı” layihəsinə sərt cavab verib

13:02 18 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

“Report” xəbər verir ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, ABŞ-ın siyasəti ermənipərəst, faktiki ermənilərin sifarişini yerinə yetirən şəxslərin girovuna çevrilmiş siyasətə çevrilib. 
O bildirib ki, bu kimi hallar ABŞ-ın özünə mənfi təsir göstərir: “Helsinki Komissiyası ABŞ-ın ATƏT-lə əməkdaşlıq etməsi üçün yaranmış qurumdur. Kris Smit hazırladığı anti-Azərbaycan layihəsi vasitəsilə böyük təxribatların yaranması üçün əlindən gələni edir”.
S.Səmədov qeyd edib ki, belə bir layihənin hazırlanması ermənispərəst və Azərbaycana qarşı işləyən qüvvələrin birbaşa fəailiyyəti ilə bağlı məsələdir. 
Komitə sədri deyib ki, Avropa Şurası Parlament Assambleyasının yanvarda keçiriləcək qış sesssiyasında Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərlə bağlı bir neçə sənəd müzakirə olunacaq: "Bütün bunlar Azərbaycan nümayəndə heyətinin gördüyü işlər nəticəsində mümkün olub. Azərbaycan bu gün regionda sülh siyasətini əsas götürən önəmli dövlətlərdən biridir”.
Deputat Sahib Alıyevın sözlərinə görə, Azərbayanla ABŞ-la hərtərəfli əməkaşlıq var: “Bu da sırf iki ölkənin maraqlarına xidmət etmir. Bu bütün dünyadakı sabitliyin qorunmasına xidmət edən münasibətlərdir”.
O bildirib ki, ABŞ-dakı erməni lobbisinin təsiri altında olan qüvvələr iki ölkə arasında olan münasibətlərə hər zaman xələl gətirməyə çalışır: “Bu kimi qüvvələr Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa təcavüz etməkdə günahlandırırlar. Halbuki təcavüzə məruz qalan, məhz bizik. Söhbət ondan gedirki ABŞ bölgədə müsbət rollar oynayan ölkədir. Ona görə də bu cür hərəkətlər ABŞ-ın özünün maraqlarına qarşı yönələdən addımlardır”.
Deputat Fəzail Ağamalı və Fazil Mustafa Azərbaycanın regionda artan nüfuzunun bəzi qüvvələri narahat etdiyini vurğulayıblar: “Ona görə də bəzi ermənipərəst qüvvələr ölkəmizə qarşı bəzi mənasız fikirlərdən çıxış edirlər”.
Deputat Qüdrət Həsənquliyev isə əlavə edib ki, bu addım erməni lobbisinə yaltanmaq üçündür. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycan-parlamenti-abs-konqresinin-azerbaycan-demokratiya-akti-layihesine-sert-cavab-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR