Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AFFA-dan 2200 manatlıq cəza

AFFA-dan 2200 manatlıq cəza

Date: 18 December 2015 13:05

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XVII turunun qarşılaşmaları ilə bağlı qərarlar verilib. Müzakirələrdən sonra 3 klub ümumilikdə 2200 manat məbləğində cərimələnib.

"Rəvan"la görüşdə 5 futbolçusu sarı vərəqə alan "İnter" 1000 manat cərimə olunub. "Xəzər Lənkəran"la qarşılaşmada 5 oyunçusuna xəbərdarlıq edilən "Kəpəz"in də cəzası eyni olub.

"Sumqayıt"la matçın 90+1-ci dəqiqəsində qırmızı vərəqə alıb, "Qarabağ"ı azlıqda qoyan Raydell Pupon 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.

Milli.Az


Tags:  AFFA-dan 2200 manatlıq cəza


RƏYLƏR


Top news