"Kəpəz"in futbolçusu qadın hakimi söydü - 4 oyun cəza

"Kəpəz"in futbolçusu qadın hakimi söydü -   4 oyun cəza
13:07 18 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Kəpəz"in əvəzedici komandasının üzvü İsmayıl Aslanov "Xəzər Lənkəran"la oyunun 44-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. AFFA onu 4 oyunluq cəzalandırıb, klubu 2000 manat cərimə edib. İsmayıl Aslanov bu ilin son oyununda və gələn ilin ilk 3 matçında meydana çıхa bilməyəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Kəpəz" oyununu Səbayel Qurbanova idarə edib. Ona Xəyalə Əzizzadə və Maqsud Şıxəliyev yardımçı olub. Dördüncü hakim funksiyasını isə Yuliya Qurbanova yerinə yetirib.

"Neftçi"nin əvəzedici heyətinin üzvü Elvin Sərkərov isə AZAL-la oyunun 75-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydanı tərk etdiyi üçün 1 oyunluq cəzalandırılıb, klub 100 manat cərimələnib. Beləliklə, Elvin Sərkərov üçün 2015-ci il başa çatıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotin-futbolcusu-qadn-hakimi-soydu-t46235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR