Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya "qara qutu"nu açdı - "Sübutlarımız var"

Rusiya "qara qutu"nu açdı - "Sübutlarımız var"

Date: 18 December 2015 13:16

"Hazırda Rusiyanın əlində Su-24 təyyarəsinin Türkiyənin hava məkanını pozmaması ilə bağlı bütün sübutlar var".

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Federasiyasının hava-kosmik gücləri idarəsinin rəhbəri Sergey Dronov deyib. Onun sözlərinə görə, Rusiya bombardmançıları Türkiyə, onun vətəndaşları üçün heç vaxt təhlükə yaratmayıb.

Bu gün vurulan təyyarənin qara qutunun açılması jurnalistlərə də nümayiş etdirilib.

Dronov deyib ki, açılan qara qutudan da bəlli olub ki, Rusiyaya məxsus təyyarə Türkiyə sərhədindən 4 kilometr aralıda vurulub və orada da tapılıb.


Sergey Dronov - Rusiya Federasiyasının hava-kosmik gücləri idarəsinin rəhbəri

Rusiya Federasiyasının təhlükəsizlik xidmətinin informasiya-analitik bölməsinin müdiri polkovnik Andrey Semyonov qeyd edib ki, zərbə "Su-24"ün quyruq hissəsinə dəyib və bundan sonra təyyarə yerə enib.
Ona görə də raket zərbəsi nəticəsində "qara qutu"nun mikrosxemləri zədələnib"


"Su-24" təyyarəsinin yerə enməsini əks etdirən xətirə

Türkiyə və Rusiya arasında münasibətlər gərginləşməsinə səbəb noyabrın 24-də Suriya -Türkiyə sərhədində, Türkmən dağı yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsi - "Su 24"-ün Türkiyənin Hərbi Hava Qüvvələrlərinə məxsus F-16 qırıcısı tərəfindən vurulmasıdır. Türkiyə tərəfi "Su-24" təyyarəsinin Türkiyə ilə sərhədi pozduğu üçün vurulduğunu desə də, Rusiya bu iddiaları təkzib edir. Vladimir Putin Türkiyənin bu hərəkətini "arxadan vurulan zərbə" adlandırıb. Bundan sonra prezident Türkiyəyənin bir çox sahəsinə sanksiyalar da tətbiq edib.


"Su-24"ün vurulması


Tags:  Rusiya qara qutunu açdı Sübutlarımız var


RƏYLƏR


Top news