Təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
13:18 18 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Sabirabad, 18 dekabr, Mahir Babayev, AZƏRTAC 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov dekabrın 18-də Sabirabaddakı Heydər Əliyev Mərkəzində Şirvan şəhər, Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
Müraciətlər əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, tədris müəssisələrinin maddi-texniki bazalarının yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_naziri_Sabirabadda_vetendaslarin_muracietlerini_dinleyib-912351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR