Azərbaycanın lizinq şirkəti dollarda istiqrazlar buraxır

Azərbaycanın lizinq şirkəti dollarda istiqrazlar buraxır
13:23 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finans Lizinq” ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb. Bu barədə Trend Bakı Fond Birjasına istinadən məlumat verir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi AZ2019006579
Emissiyanın həcmi 250 000 ABŞ Dolları
Yerləşdiriləcək istiqrazların sayı 500 ədəd
Bir istiqrazın nominal dəyəri 500 ABŞ Dolları
İstiqrazların tədavül müddəti 1080 gün
İstiqraz üzrə faiz dərəcəsi 14 %
Faiz ödəniş dövrünün müddəti 3 aydan bir
Anderrayter “Texnika Kapital Menecment” MMC

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR