Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın turizm potensialı Batumidə təbliğ olunur

Azərbaycanın turizm potensialı Batumidə təbliğ olunur

Date: 18 December 2015 13:24

Batumi şəhərində Azərbaycanın turizm potensialının təbliğinə başlanılıb. 

Lent.az-ın məlumatına görə, ölkəmizin turizm potensialının təbliği və qonşu ölkədən turistlərin cəlb edilməsi məqsədilə, Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə, Batumi Hava Limanı magistral yolunda və Kabuleti istiqamətindəki magistral yolda küçə reklam lövhələri quraşdırılıb.

Belə ki, reklam lövhələrində Bakının möhtəşəm gecə və gündüz görüntüləri, Qız Qalası tarixi abidəsinin fotoşəkillərini, həmçinin Batumi və Tiflisin görüntüləri əks olunub.

Qeyd edək ki, Baş konsulluq tərəfindən həyata keçirilən bu layihə Batumi şəhərinin meriyası tərəfindən böyük maraqla qarşılanıb və Acarıstan Muxtar Respublikasında dərc edilən “Ajara” qəzetində geniş işıqlandırılıb.

 








Tags:  Azərbaycanın turizm potensialı Batumidə təbliğ olunur

RƏYLƏR


Top news