2015-ci ildə Bakıya kimlər gəldi? - FOTO

2015-ci ildə Bakıya kimlər gəldi? - FOTO
13:27 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ildə ölkəmizdə bir çox əcnəbi ulduzlar qonaq oldular. 

Milli.Az axşam.az-a istinadən geridə qoyduğumuz ildə paytaxtımıza gələn əcnəbi məşhurların siyahısını təqdim edir:

Bu il Azərbaycanda tarixə yazılan önəmli hadisə gerçəkləşdi. "Bakı 2015" Avropa Oyunları bir çox əcnəbini paytaxtımıza qonaq etdi. Onlar arasında ən çox səs-küy doğuranı isə dünyaca məşhur ulduz Ledi Qaqa oldu. Müğənni Bakı Olimpiya Stadionunda səhnəyə çıxaraq, Con Lennonun repertuarından "İmagine" mahnısını ifa etdi. 

Həmin ərəfədə şəhərimizin qonağı olan məşhurlardan biri də italyan aktrisa Ornella Muti oldu. O, Olimpiya Oyunlarını izləməyə gələn tanınmışlardan biri idi. 

Məşhur əcnəbi qrup "Clean bandit" oyunların bağlanış mərasiminin qonağı olub. 

Britaniyalı müğənni Con Nyuman Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimində çıxış edib.

Türkiyəli müğənni Demet Akalın Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etmişdi.  

Müğənni Sibel Can "Böyük Saray" adlı məkanın açılış mərasiminə qatılıb, konsert verib.

İşın Karaca ulu öndər Heydər Əliyevin ad günü münasibətilə keçirilən konsert proqramlarından birinə qatılıb.

Bendeniz restoranların birində konsert verib. 

İrem Derici, Ebru Yaşar şəhərdə baş tutan konsertlərdən birində çıxış ediblər.

 

Məşhur türkiyəli aktyor Özcan Deniz rejissoru olduğu "Sevimli tehlikeli" filminin qala-gecəsinə qatılmışdı. Onunla birlikdə paytaxtımıza aktyorlar Ayça Ayşin TuranŞükrü Özyıldız da gəlmişdilər.


Türkiyəli ifaçı Mahsun Kırmızıgül isə rejissorluğunu etdiyi və rol aldığı "Möcüzə" filminin qala-gecəsinə qatılmışdı. 

Aktyorlar Murad YıldırımEzgi Mola "Kocan kadar konuş" filminin təqdimat mərasimində iştirak ediblər.

Müğənni Soner Sarıkabadayı şəhərimizdəki restoranlardan birində çıxış etmişdi.

Aktyor Burak ÖzçivitFahriye Evcən "Eşq sənə bənzər" filminin qala-gecəsində iştirak ediblər. 

Türkiyəli aktrisa Türkan Şoray rejissoru olduğu "Uzaqlarda arama" filminin qala-gecəsində iştirak edib.


Müğənni Ayda Müşərrəf mükafatlandırma mərasiminin qonağı olub. 

Müğənni Murad Dalkılıç Bakıda konsert proqramı ilə çıxış edib. 

Dünyaca məşhur ulduz Sami Yusif Heydər Əliyev Sarayında keçirilən "Sarı gəlin" adlı konsertdə çıxış edib. 

Hollivud ulduzu Stiven Siqal bir neçə gün əvvəl Heydər Əliyev Mərkəzində konsert verib. 

Rusiyalı müğənni Valeri Meladze Heydər Əliyev Sarayında konsert verib. 

Rusiyanın xalq artisti Oleq Qazmanov Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. 

Müğənni Timati bu yaxınlarda böyük konsert proqramı ilə çıxış edib. 

Bununla yanaşı türkiyəli ifaçılar Yılmaz Morgül, Nadide Sultan,  rusiyalı müğənnilər Nyuşa, Qriqori Leps, Alsu, Leonid Aqutin, "Serebro" qrupu, italyan ifaçı İnqrid də Bakının qonağı olublar. 

Türkiyəli ifaçı Mustafa Ceceli, Rafet El Roman, Çelik, Yusuf Güney, Demet Aktaş Yeni il ərəfəsində Bakının qonağı olacaqlar.

Milli.Az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR