"Beynində qüsurlar yaranıb" - Ramiz Əzizbəylinin qızı

"Beynində qüsurlar yaranıb" -  Ramiz Əzizbəylinin qızı
13:31 18 Dekabr 2015
57 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda aktyorun qızı Cəlalə xanım deyib.

O, xalq artistinin beynində müəyyən qüsurların yarandığını bildirib:

“Atam iki ilə yaxındır ki, bu vəziyyətdədir. Sağ tərəfi ümumiyyətlə işləmir. Əli və ayağı işləmədiyindən bayıra da çıxa bilmir. Sərbəst gəzə bilmir, beynində qüsurlar yaranmağa başlayıb. Tam olaraq hər şeyi xatırlamır, fikrini toplayıb izah edə bilmir. Səhhəti Allaha şükür pis deyil. Hazırda evdə müalicə alır. Həkimlər deyir ki, yavaş-yavaş düzələcək”.

Cəlalə xanım Ramiz Əzizbəyli adından mətbuatda yalan məlumatları dərc edənlərə müraciət edib:

“Bu məni narahat edən bir mövcuddur. Yaxşı ki, soruşduz. Mətbuatda özlərindən bəzi məlumatlar yazırlar. Guya Ramiz müəllim hər şeydən gileylənir, ona heç bir köməklik olunmur. İndi prezident təqaüd ayırıb. Atamın heç bir şikayəti yoxdu.

Prezidentin ayırdığı təqaüdlə özü özünü müalicə edir. Bunun kimi artıq söhbətlərə ehtiyyac yoxdur. Bizdən heç bir məlumat almadan təkrar-təkrar xəbərlər dərc edirlər. Xahiş edirik ki, belə yalan məlumatları dərc etməsinlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR