Təhsil naziri Sabirabadda vətəndaşların bir sıra problemlərini yerindəcə həll edib

13:32 18 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Məlumata görə, görüş Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonları və Şirvan şəhər sakinləri iştirak edib.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tehsil-naziri-sabirabadda-vetendaslarin-bir-sira-problemlerini-yerindece-hell-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR