​İsrail səfiri Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüşüb

13:37 18 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

ATU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, universitetin tədris işləri üzrə prorektoru Sabir Əliyev ATU-nun fəaliyyəti barədə qonaqlara məlumat verib.
O bildirib ki, ali təhsil ocağı 1919–cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb. 1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayb.
ATU-nun professor-müəllim heyəti haqqında da məlumat verən prorektor deyib ki, 6 fakültəsi olan bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır: "Hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin xarici ölkələrin 1000-dən çox vətəndaşları olan tələbələr təhsil alırlar".
ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev hazırda ATU-da 4 İsrailli tələbənin təhsil aldığını bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/i-srail-sefiri-azerbaycan-tibb-universitetinin-telebeleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR