Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliyan şirkəti TAP-ın səhmdarı oldu (FOTO)

İtaliyan şirkəti TAP-ın səhmdarı oldu (FOTO)

Date: 18 December 2015 13:41

İtaliyanın “Snam S.p.A.” şirkəti Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Adriatik” “(TAP) qaz boru kəmərinin səhmdarı olub.

ANS PRESS-in məlumatına görə, “Snam S.p.A.” şirkəti Norveçin “Statoil” şirkətinin TAP layihəsindəki 20 faizlik səhmini alıb.

TAP-ın icraçı direktoru Yan Bredşou isə qeyd edib: “Snam” şirkətinin bu layihədə yer alması Avropanın enerji bazarına yeni mənbədən qaz nəqlini həyata keçirəcək TAP-ın strateji mövqeyini daha da gücləndirəcək”.


TAP boru kəməri


Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək.

TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.



TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

Tags:  İtaliyan şirkəti TAP-ın səhmdarı oldu FOTO


RƏYLƏR


Top news