Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hərbi xidmət zamanı həlak olmuş hərbçilər yeni qaydalarla dəfn ediləcək

Hərbi xidmət zamanı həlak olmuş hərbçilər yeni qaydalarla dəfn ediləcək

Date: 18 December 2015 13:43

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn mərasimi yeni qaydalarla keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, hərbçilərin dəfn mərasimində hərbi ehtiramın göstərilməsi üçün təyin edilmiş bölmələr fəxri mühafizə dəstəsi adlanır.

Taqım və ondan bölmə heyətində olan fəxri mühafizə dəstəsi çexolsuz mətəm lentləri taxılmış Döyüş Bayrağı ilə təmin olunmalıdır. Fəxri mühafizə dəstəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın Dövlət bayrağı ilə örtüləcək. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravul düzülə bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Hərbi xidmət zamanı həlak olmuş hərbçilər yeni qaydalarla dəfn ediləcək

RƏYLƏR


Top news