FİFA daha bir şok hadisə ilə üzləşdi

FİFA daha bir şok hadisə ilə üzləşdi
13:47 18 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

FİFA daha bir şok hadisə ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ali futbol qurumunun banklardakı hesabına blok qoyulub.

ABŞ Ədliyyə Nazirliyinin istəyi ilə FİFA-nın 10 bankda olan 50 hesabından istifadəsi qadağan edilib. Buna səbəb kimi rüşvət qalmaqalı və qurumun bir neçə yüksək vəzifəli nümayəndəsinin həbs edilməsi göstərilib. Həmçinin İsveçrə hökuməti FİFA-ya üzv olan bir çox federasiyanın banklarda hesabının olduğunu açıqlayıb və bu hesablara da blok qoyulacağını istisna etməyib.

Qeyd edək ki, FİFA-nın İcraiyyə Komitəsində çalışan bir neçə yüksək vəzifəli şəxsi çirkli pulların yuyulması və dələduzluqda ittiham olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR