“bp-Azerbaijan” Böyük Britaniyanın “KCA Deutag” şirkəti ilə iki müqavilə imzalayıb

“bp-Azerbaijan” Böyük Britaniyanın “KCA Deutag” şirkəti ilə iki müqavilə imzalayıb
13:58 18 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Nihad Budaqov, AZƏRTAC
“bp-Azerbaijan” şirkəti qazma qurğuları və mühəndislik xidmətləri üzrə podratçı olan Böyük Britaniyanın “KCA Deutag” şirkəti ilə iki müqavilə imzalayıb.
AZƏRTAC “KCA Deutag”ın saytına istinadla xəbər verir ki, müqavilələrin ilkin dəyəri təxminən 360 milyon dollardır. Birinci müqavilə bp-nin əməliyyatçısı olduğu Azəri-Çıraq-dərinsulu Günəşli (AÇG) və “Şahdəniz” yataqlarındakı “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”, “Çıraq” və “Şahdəniz” platformalarında qazma işlərini və texniki xidmətləri əhatə edir. Həmin müqavilənin ilkin müddəti 3 ildir.
İkinci müqavilə isə “KCA Deutag”ın mühəndislik və dizayn üzrə bölməsi olan RDS ilə imzalanıb. Müqavilədə bp-nin Xəzərdəki bütün qazma layihələrində mühəndislik xidmətləri üzrə köməyin göstərilməsi öz əksini tapıb və sənəd 2017-ci il sentyabrın 30-dək etibarlıdır.
Qeyd edək ki, 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən “KCA Deutag”da 750 nəfər çalışır və onlardan 75 faizi Azərbaycan vətəndaşıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/bp_Azerbaijan_Boyuk_Britaniyanin_KCA_Deutag_sirketi_ile_iki_muqavile_imzalayib-912368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR