Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​ATƏT PA-nın növbəti sessiyası Tbilisidə keçiriləcək

​ATƏT PA-nın növbəti sessiyası Tbilisidə keçiriləcək

Date: 18 December 2015 14:02

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının 25-ci sessiyası gələn il iyulun 1-dən 5-dək Gürcüstan paytaxtı Tbilisidə keçiriləcək.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu hökumətin iclasında ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.
Məlumata görə, sessiyada 57 ölkədən 700-ə yaxın deputat iştirak edəcək.
Qeyd edək ki, ATƏT PA-nın sessiyası hər ilin iyulunda keçirilir.
Xatırladaq ki, qurumun 23-cü sessiyası 2014-cü ilin iyulunda Bakıda keçirilib. 

Tags:  ATƏT PA-nın növbəti sessiyası Tbilisidə keçiriləcək

RƏYLƏR


Top news