KANAL S (REGİON TV) xəbər verir ki, dekabrın 17-də Zaqatala rayonunun Yuxarı Tala kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yuxarı Tala kənd sakini Elsevər Abdullayevə məxsus, ümumi sahəsi 290 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin 24 kvadratmetrlik tavanı və dam örtüyünün 50 kvadratmetr sahəsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı qısa müddət ərzində alınıb. Yanğının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Milli.Az