Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda nazirlik binasında tələbə qız dəhşət yaşadı

Bakıda nazirlik binasında tələbə qız dəhşət yaşadı

Date: 18 December 2015 14:12

Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, 1998-ci iltəvəllüdlü Əhmədova Esmira İlqar qızı Səhiyyə Nazirliyinin Yasamal rayonu Zərdabi küçəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb. 17 yaşlı qız liftin 1-ci mərtəbəsində dayanmış vəziyyətdə olan liftin damına düşüb. O, təcili olaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinə nəticəsində E.Əhmədovanın çoxsaylı sınıq xəsarətləri aldığı və vəziyyətinin çox ağır olduğu məlum olub.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, 9-cu mərtəbədən yıxılan 17 yaşlı E.Əhmədova 1 saylı Tibb Texnikumunun tələbəsi olub.
 
Hazırda faktla bağlı araşdırmalar aparılır.

Milli.Az


Tags:  Bakıda nazirlik binasında tələbə qız dəhşət yaşadı

RƏYLƏR


Top news