® Sensasiya! Əsas Cinayətkar-Şokolad qaçağı tutulmuşdur!

®  Sensasiya! Əsas Cinayətkar-Şokolad qaçağı tutulmuşdur!
14:14 18 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+


Bu yaxınlarda Cinayətkar-Şokolad "M&M's”çi Qırmızı və Sarının cürətli qaçışı barədə sensasiyalı xəbər bütün dünyanı dolaşdı. Qaçışın təşkilatçısı olan Qırmızının tutulmasına görə 5 000 manat məbləğində mükafat elan edildi. Bir çox "M&M's" həvəskarı qaçaqların tapılmasında yardım çağırışına səs verdi, axtarışlara isə Agentlər çıxdı ki, araşdırma saytında qeydiyyatdan keçib qələbəyə gətirəcək tapşırıqları, dəlilləri və sualları alsınlar.
Uzun müddət heç kəs Cinayətkar-Şokoladları tapmağa müvəffəq olmurdu. Bir çox Agentlər qaçaqların izlərinə düşürdü, ancaq kələkbaz və fəndgir Qırmızı daim ortaya səhv dəlillər atır və təqibçiləri yanlış qeyri-şokolad izi ilə aparırdı, nəticədə Agentlər suallara səhv cavab verirdi.

Lakin qaçaqların hiyləgərliyinə baxmayaraq, Qırmızı və Sarı tutuldu. Bu araşdırmanın qəhrəmanı Taleh İskəndərov oldu. Talehin 21 yaşı var, o, Azərbaycan Qafqaz universitetində oxuyur və sənaye istehsalatı mühəndisi olmağa hazırlaşır.
Uduşun oynanılması barədə öyrənib Cinayətkar-Şokoladların axtarışı üzrə Agentlər sırasına daxil olan gələcək qalib Taleh bütün suallara cavab verməyə çalışırdı. Lakin o, qələbəyə yaxınlaşmağa, hətta digər Agentlərin fəal aldıqları aralıq mükafatlarını qazanmağa belə müvəffəq olmurdu. Müəyyən anda Taleh öz şanslarına inamını tamamilə itirdi və araşdırmanı kəsmək fikrinə düşdü. Ancaq ümid onu dayandırdı və o, bütün səbrini və çevikliyini göstərib, Qırmızını aşkar etməyə nail oldu və möhtəşəm 5 000 manatlıq mükafatı aldı!
"Axtarışlar və bu qədər əhəmiyyətli mükafat haqda eşidəndə, mən əvvəlcə inanmadım ki, bu realdır! Amma yenə də iştirak etməyə qərar verdim. Bu heç də asan deyildi və bəzən mən artıq inanmırdım ki, Qırmızını tapa bilərəm. Ancaq inadlı və israrlı olmağım mənə qələbə qazanmağa kömək etdi!", - Taleh Ramiz oğlu deyir. Uduş məbləği ilə o, təhsilini ödəməyi planlaşdırır.

İndi qaçaqlar etibarlı mühafizə altındadır və hələ ki, aramızda Taleh kimi Agentlər var, bütün "M&M's" həvəskarları sakit yata bilərlər!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR