Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nazirlik: “Xəzərdə neft dağılmaları müşahidə olunmayıb”

Nazirlik: “Xəzərdə neft dağılmaları müşahidə olunmayıb”

Xəzərdə zəlzələ oldu (11 Mart 2017 07:44)
Xəzərdə neft estakadasının uçduğu ərazidən meyit tapıldı (04 Mart 2017 16:44)
Xəzərdə zəlzələ oldu (16 Fevral 2017 14:54)

Tarix: 18 Dekabr 2015 14:14

 

 

“Bu gün Xəzər dənizinin “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində atmosfer müəyyən mənada çirklənməyə məruz qalır. Ancaq qəza nəticəsində Xəzər dənizində neft dağılmaları müşahidə olunmayıb”.

 

APA-nın xəbərinə görə, bunu hazırda “Günəşli” yatağındakı 10-cu özüldə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov nazirlikdə keçirilən mətbuat konfransında canlı bağlantı zamanı deyib.

 

O qeyd edib ki, bu gün SOCAR, BP və digər aidiyyəti qurumların texniki vasitələri neft dağılmaları baş verəcəyi təqdirdə qabaqlayıcı tədbirlər görəcək: “10-cu stasionar özüldə baş verən qəza ekoloji fəlakətin baş verməsinə dəlalət etmir”. 


Teqlər:  Nazirlik Xəzərdə neft dağılmaları müşahidə olunmayıb



RƏYLƏR


Top xəbərlər