“Axırıncı yol”un təqdimat günü bəlli oldu

“Axırıncı yol”un təqdimat günü bəlli oldu
14:16 18 Dekabr 2015
42 Şou
Ölkə mətbuatı
A- A+

“Bozbash pictures” kollektivinin ərsəyə gətirdiyi “Axırıncı yol” filminin qala gecəsinin günü bəlli olub.

Bu haqda Axşam.az-a açıqlamasında aktyor, aparıcı İlkin Həsəni xəbər verib. O, təqdimatın 2016-cı ildə martın 3-də baş tutacağını bildirib:

“Çox maraqlı bir filmdir. İndi kinoteatrda tamaşaçılar baxırsan ki, film arasında telefonla oynayır. Amma “Axırıncı yol"da gözlərini ekrandan çəkməyəcəklər. Darıxmağa vaxt tapmayacaqlar. Çəkiliş zamanı, montaj ərəfəsində bunun şahidi olduq. Buna görə də iddialıyıq. Filmimiz bölgələrdə də nümayiş olunacaq".

Qeyd edək ki, ATV telkanalının və "İlk media"nın ərsəyə gətirdiyi ekran işində İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli və başqaları rol alıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR