“Oskar” mükafatına iddialı filmlərin siyahısı açıqlanıb

“Oskar” mükafatına iddialı filmlərin siyahısı açıqlanıb
14:18 18 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Amerika Kino Akademiyası “Oskar” mükafatına iddialı filmlərin siyahısını dərc edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, mükafata təqdim edimək üçün seçilmiş ekran əsərlərinin siyahısına 9 ölkənin - Belçika (Jako Van Dormelin “Ən yeni əhd”), Kolumbiya (Siro Qerrin “İlanın ağuşu”), Danimarka (Tobias Lindholmun “Müharibə”), Almaniya (Culio Riççiarellinin “Yalan labirinti”), İordaniya (Naci Nabu Avarın “Qürur”), Fransa (Dəniz Qəmzə Ərgüvənin “Mustanq”), Macarıstan (Laslo Nemeşin “Saulun oğlu”), İrlandiya (Peddi Bretnekin “Viva”) və Finlandiyanın (Klaus Xyarönün “Qılıncoynadan”) istehsalı olan filmlər daxildir.
Xatırladaq ki, “Oskar” mükafatına namizədlər gələn ilin yanvarında müəyyənləşəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oskar_mukafatina_iddiali_filmlerin_siyahisi_achiqlanib-912372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR