Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edib

Vergilər Nazirliyində YENİ TƏYİNAT (11 Mart 2017 11:32)
Vergilər Nazirliyində YENİ TƏYİNAT (11 Mart 2017 11:18)
Vergilər naziri Gədəbəydə vətəndaşları qəbul edib (24 Fevral 2017 16:27)

Tarix: 18 Dekabr 2015 14:33

Bakı. Trend:

Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, növbəti belə qəbul dekabr ayının 18-də vergilər naziri Fazil Məmmədov tərəfindən Yevlax rayonunda Ağdaş, Yevlax, Ucar, Zərdab rayonlarından olan vətəndaşlar üçün keçirilib. Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, müraciətlərin bir qismi nəzarətə götürülmüş, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edib



RƏYLƏR


Top xəbərlər