Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tehranda Azərbaycan ilə İran arasında Dövlət Komissiyasının iclası keçiriləcək

Tehranda Azərbaycan ilə İran arasında Dövlət Komissiyasının iclası keçiriləcək

Date: 18 December 2015 14:33


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 21-də İran İslam Respublikasının paytaxtı Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.
İqtisadiyyat və sənaye naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti dekabrın 21-22-də İrana səfəri çərçivəsində bir sıra görüşlər, Təbriz və Tehran şəhərlərində İran-Azərbaycan biznes forumları keçiriləcək.

Tags:  Tehranda Azərbaycan İran arasında Dövlət Komissiyasının iclası keçiriləcək



RƏYLƏR


Top news