Nardaranlılara kompensasiya veriləcək

Nardaranlılara kompensasiya veriləcək
14:37 18 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə əlaqədar söküntü ərazisinə düşən mülkiyyət sahiblərinə kompensasiyalar veriləcək.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı sənədlər toplanılır. A.Nəcəfli qeyd edib ki, bütün sənədlər toplanandan sonra aidiyyatı qurumlara təhvil veriləcək: "Bütün işlər qanunvericiliyə uyğun aparılır. Sənədləşdirmə işləri Sabunçu Rayon İcra Hakimiyyəti və "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Sənədləşdirmə zamanı mülkiyyətləri genişləndirilən yolun ərazisinə düşən əmlak sahibləri sözügedən məsələlərlə bağlı məlumatlandırılır".

Kompensasiyanın tənzimlənmə mexanizmindən danışan A.Nəcəfli vurğulayıb ki, Maliyyə Nazirliyi tərəfindən hər bir mülkiyyətçinin adına bank hesabı açılır: "Vəsait bank hesabına qoyulur. Alqı-satqı prosesindən sonra vəsait mülkiyyətçinin bank hesabına ödənilir. Sənədləşdirmə prosesi notarial qaydada aparılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR