Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağındaki qəzanın dəniz mühitinə hər hansı bir mənfi təsiri yoxdur

Date: 18 December 2015 14:38


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova “Günəşli” yatağının 10-cu stasionar özülündə baş vermiş qəzanın ətraf mühitə təsiri ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında qəza zamanı həlak olan neftçilərin xatirəsi anılıb.
Bildirilib ki, “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə ümumilikdə 30 quyu var. Onlardan 2-si işlək deyil, 21-i neft, 7-si isə qaz quyusudur. “Günəşli” yatağının 10-cu stasionar özülündə iki qaz quyusunda yanğın söndürülüb, üçüncü quyuda isə söndürülmək üzrədir. Hazırda orada neft quyularında yanğın yoxdur.
Neft quyularına hazırda qaz verilmədiyini söyləyən M.Avazova qeyd edib ki, qəzanın dəniz mühitinə hər hansı mənfi təsiri yoxdur.

Tags:  Günəşli yatağındaki qəzanın dəniz mühitinə hər hansı mənfi təsiri yoxdur


RƏYLƏR


Top news