Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Erməni ailəni məhv edən rus hərbçinin məhkəməsi: şeytan işidir?

Erməni ailəni məhv edən rus hərbçinin məhkəməsi: şeytan işidir?

ABŞ Küveytə qoşun yerləşdirir? - Pentaqonun cavabı (10 Mart 2017 21:42)
Ermənilər itkilərini açıqlamağa başladı (02 Mart 2017 13:29)
Azərbaycanın işğal edilmiş ərazilərində məhv edilən erməni hərbçinin mayor olduğu müəyyənləşib (02 Mart 2017 12:12)

Tarix: 18 Dekabr 2015 14:42

Ermənistanda bir ailənin 7 üzvünü öldürməkdə təqsirləndirilən rusiyalı hərbçi Valeri Permyakovun məhkəməsi başlayıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə prosesində qətl ilə bağlı yeni sensasiyalı bilgilər ortaya çıxıb.
 
Vəkil Yerem Sarkisyan bildirib ki, V. Permyakov "Odnoklassniki" adlı sosial şəbəkədə satanistlər qrupuna qoşularaq şeytanla anlaşıb və bir neçə nəfəri qurban kəsəcəyini vəd edib. Onun sözlərinə görə, vəkillər bu istiqamətdə araşdırmanın aparılmasını təklif etsələr də, müstəntiq bunu rədd edib.
 
Dövlət ittihamçısı müvafiq materiallarla tanış olmadığını bildirdikdən sonra hakim məsələyə məhkəmənin növbəti mərhələsində baxılacağını deyib.
 
Xatırladaq ki, 2015-ci ilin yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən V. Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gündən sonra xəstəxanada ölüb. V. Permyakov qətli törətdiyini etiraf edib.

Milli.Az


Teqlər:  Erməni ailəni məhv edən rus hərbçinin məhkəməsi şeytan işidir



RƏYLƏR


Top xəbərlər