Bakı şəhər musiqi kollektivləri festivalının seçim mərhələləri başa çatıb

Bakı şəhər musiqi kollektivləri festivalının seçim mərhələləri başa çatıb
14:43 18 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş paytaxtdakı musiqi kollektivlərinin festivalı keçirilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, festivalın seçim mərhələləri başa çatıb.
Bakı şəhər musiqi kollektivləri festivalının keçirilməsində məqsəd İdarənin tabeliyində olan mədəniyyət müəssisələrinin işinin daha da mükəmməlləşdirilməsi, özfəaliyyət işinin, milli musiqi və folklor janrının inkişaf etdirilməsidir.
Festivala qırx mədəniyyət müəssisəsindən 46 musiqi kollektivi və 450-ə yaxın iştirakçı qatılıb. Beş nəfərdən ibarət peşəkar münsiflər heyəti kollektivlərin çıxışlarını qiymətləndirərək qalibləri müəyyənləşdirib.
Qaliblər musiqi kollektivi və muğam nominasiyaları üzrə I, II, III dərəcəli diplomlarla mükafatlandırılacaq. Festivalda fərqlənən musiqi kollektivləri isə xüsusi diplomlar veriləcək.
Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_seher_musiqi_kollektivleri_festivalinin_sechim_merheleleri_basa_chatib-912378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR