Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
14:47 18 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Erməni tərəfi cəbhədə hər döyüş toqquşmasında iki-üç qat artıq döyüş itkisi verir.

Bunu Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Nazirlik bəyan edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır:

"Hər dəfə canlı qüvvə sarıdan iki-üç qat döyüş itkisi verən düşmən tərəf höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir. İkrah doğurucu isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir.

Azərbaycan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabına düşmən həmişə olduğu kimi, yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endiriləcəkdir. Erməni tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaqdır".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/karabah/391297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR