Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vışeqrad dördlüyü Şengen zonasının sərhədlərində mühafizənin gücləndirilməsini dəstəkləyir

Vışeqrad dördlüyü Şengen zonasının sərhədlərində mühafizənin gücləndirilməsini dəstəkləyir

Date: 18 December 2015 14:48


Budapeşt, 18 dekabr, AZƏRTAC
Vışeqrad dördlüyü (V-4) ölkələri Şengen zonasının xarici sərhədlərində Aİ-nin müvafiq dövlətlərinin razılığı olmasa belə Avropa sərhəd xidmətindən istifadə etmək imkanını dəstəkləyir. Bu cür tədbirlər Aİ-nin sərhəd dövlətlərinin öhdəsindən gələ bilmədikləri kütləvi qaçqın axını zamanı Avropa ölkələrinin təhlükəsizliyini təmin etməlidir.
Bu fikri Çex Respublikasının Baş naziri Boquslav Sobotka Brüsseldə Avropa Şurasının Sammitindən əvvəl səsləndirib. O bildirib ki, V-4 Şengen zonasının xarici sərhədlərində girov ölkə kimi dayana bilməz. Bu sərhədlərdə ölkələr ya öhdəliklərini yerinə yetirmir, ya da hər hansı səbəbə görə yerinə yetirə bilmirlər. Vışeqrad dördlüyü ölkələrinin nümayəndələri öz görüşlərində analoji tədbirlər barədə müzakirə aparacaqlar.
Xatırladaq ki, Çexiyanın nüfuzlu siyasətçilərinin çərşənbə günü Prezident Miloş Zemanla görüşü zamanı Avropa sahil və sərhəd xidmətinin yaradılması ideyası Şengen zonasının xarici sərhədlərinin mühafizəsi üçün mühüm tədbir kimi dəstəklənib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Tags:  Vışeqrad dördlüyü Şengen zonasının sərhədlərində mühafizənin gücləndirilməsini dəstəkləyir


RƏYLƏR


Top news