Azərbaycan hökumətinin büdcəni xilas planı

Azərbaycan hökumətinin büdcəni xilas planı
14:51 18 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir.

ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin bir bareli dünya bazarlarında ötən gün 37,13 dollara satılırdısa, bu gün isə 36,95 dollar olub. “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə 35 dollardan da aşağı düşüb.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,68 dollar ucuzlaşaraq 37,76 dollar təşkil edib. OPEK-in son iclasından sonra neftin qiyməti yüksək sürətlə ucuzlaşmağa başlayıb.

“Qara qızıl”ın son 9 il ərzində ən aşağı həddə düşməsi isə neftdən aslı olan dövlətlərin iqtisadiyyatına ciddi zərbə vurur. Məsələn, neftin qiymətində hər 10 dollarlıq ucuzlaşma Rusiyanın valyuta gəlirlərini 20 milyard dollar azaldır. Azərbaycan iqtisadiyyatının da çox hissəsi neftdən aslı olduğu üçün qiymətlərin aşağı enməsi büdcə gəlirlərimizin azalması ilə nəticələnir.

Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, Elnur Sultanov bildirdi ki, neft qiymətləri 100 dollar civarında olanda “qara qızıl”dan il ərzində gəlirlərimiz təxminən 13 -14 milyard dollar ətrafında dəyişirdi: “Amma nəzərə almaq lazımdır ki, hazırda qiymətlər 50 % aşağı enib. İndi isə il ərzində Azərbaycanın neft gəlirləri 6 - 7 milyard ətrafında dəyişir. Azərbaycanın dünya neft bazarına təsir edəcək imkanı yoxdur”.


Elnur Sultanov - Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri


Azərbaycanın neftin qiymətini dəyişmək gücündə olmaması onun işini bir az da çətinləşdirir. Çünki neftdən itirdiyi gəlirləri hansısa yollarla kompensasiya etməlidir.2015-ci il dövlət büdcəsində neftin qiyməti 90 dollardan hesablandığı halda , gələn ilin büdcəsində həmin rəqəm 50 dollardan hesablanıb. Hazırda Azərbaycan üçün neftin qiymətində "qırmızı xətt" 40 dollar hesab edilir.



Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirdi ki, Maliyyə Nazirliyi neftin qiymətinin 40 dollardan aşağı enəcəyi təqdirdə hansı tədbirlər görəcəyini artıq müəyyənləşdirib.

“Maliyyə Nazirliyinin tədbirlər planı üç istiqamətlidir. Dövlət büdcəsi monitorinqdən keçirilir və hansı xərclərin azaldılması barədə qərar verilir. İkinci qənaət rejiminin tətbiq edilməsidir. Qənaət investisiya sahəsinə aid edilsə də, sosial sahəyə tətbiq edilməsi nəzərdə tutulmur”.

Əli Məsimli bildirdi ki, qənaət etməyi bacaran hökümət modelinə keçmək lazımdır: "Bu isə təkcə Maliyyə Nazirliyinin deyil, bütün hökümətin işidir. Əgər neftin qiyməti 40 dollar ətrafında dəyişsə, bu tədbirlər görülə bilər. Bu səbəbdən 2016-cı ilin büdcəsinə yenidən baxılmasına lüzum yoxdur".


Əli Məsimli - millət vəkili


Millət vəkili bildirdi ki, hesablamalara görə, 2015 –ci ildə neftin qiymətinin 1 dollar enməsi Azərbaycan büdcəsinə bir il ərzində 26,05 milyon manat təsir göstərir. Neft 10 dollar endikdə isə büdcəmiz 265 milyon manat itirib.



Bir il ərzində dövlət büdcəsinin neftin qiymətinin enməsinə görə itirdiyi pullar (2015-ci il)

Bütün bu geriləmələri nəzərə alan maliyyə naziri Samir Şərifov nazirlikdə 2016-cı ilin dövlət büdcəsi ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında israfçılıq edənlərə sərt xəbərdarlıq edib.

Nazir 2016-2019-cü illərdə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda, sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlığını təmin etməklə, onun aparıcı sahələrinin modernləşməsini və şaxalənməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirməyi qeyd edib.


Samir Şərifov-Maliyyə naziri


Neftin qiymətinin enməsi Azərbaycan hökümətinə bir daha imkan verir ki, ən etibarlı sahələrdən olan qeyri – neft sektorunu inkişaf etdirsin. Çünki neft baha olduğu vaxtlar kifayət qədər maliyyə ehtiyatları toplamışıq. İndi isə müəyyən qurumlar bu maliyyə vəsaitləri qeyri – neft sektoruna xərcləyib, dünyada baş verən böhranı Azərbaycandan uzaqlaşdıra bilərlər.

İran da dünyanın ən böyük neft ixacatçılarından biridir. Amma beynəlxalq sanksiyalar neftin xarici bazara çıxarlmasına imkan vermirdi. Bu isə höküməti istər – istəməz qeyri - neft sektorunu inkişaf etdirməyə məcbur etdi. Azərbaycan üzərinə sanksiyalar qoyulmasa da, neftin qiymətinin enməsi ölkədə qeyri – neft sektoruna yeni investisiyaların yatırılması üçün şans yaradır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bir ovuc qarpız tumunu qaynar suya atın - Nəticəsi sizi çox təəccübləndirəcək!

23 Avqust 2017 16:18

Badamı isladıb yeyin, MÖCÜZƏNİN şahidi olun

23 Avqust 2017 16:18

Avropa ənənəvi enerji növlərindən imtina edir

23 Avqust 2017 16:17

FHN: Nərimanovda binanın həyətində taxta hasar yanır

23 Avqust 2017 16:17

Bakıda yaşayış binası yanır

23 Avqust 2017 16:08

Xəzərdə batan 2 nəfər xilas edilib

23 Avqust 2017 16:06

Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb

23 Avqust 2017 16:02

Dənizdə boğulan 2 nəfər xilas edildi

23 Avqust 2017 15:59

Təmkin Xəlilzadə: "Azərbaycan millisinə dəvət olunduğumu sizdən eşidirəm"

23 Avqust 2017 15:57

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur

23 Avqust 2017 15:57

Dünyanın ən seksual aktrisasını bu hala saldılar – FOTO

23 Avqust 2017 15:53

"Faytonçu" Nazim onu xəstə salan həkimi polisə verdi: "62 minimi qaytarsın" - VİDEO

23 Avqust 2017 15:49

Millinin heyəti: kimlər var, kimlər yox?

23 Avqust 2017 15:47

Bakı sakinləri vəd verdi: "Qarabağ" qalib gəlsə... (VİDEOSORĞU)

23 Avqust 2017 15:47

Gədəbəyin bu kəndində işıq dirəyini ağaclar əvəz edir

23 Avqust 2017 15:47

Azərbaycanda dəhşətli ailə dramı: ata qızını və arvadını öldürdü, oğul hamısını yandırdı - TƏFƏRRÜAT

23 Avqust 2017 15:44

Lerikdə 3 ailə üzvünün qətli və evin yandırılması ilə törədilmiş ağır cinayətin üstü açıldı

23 Avqust 2017 15:43

Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib

23 Avqust 2017 15:42

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir

23 Avqust 2017 15:42

UNİCEF 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinə münasibət bildirib

23 Avqust 2017 15:39

Aprel müharibəsindən daha DƏHŞƏTLİ: Bu saziş İrəvan üçün KABUS OLACAQ

23 Avqust 2017 15:38

Dünyada ən böyük məlumat mərkəzi tikiləcək

23 Avqust 2017 15:35

Lezbiyan şairlərin ehtiraslı eşq macəraları: İçki gecələrində doğulan MƏŞHUR SEVGİLƏR - FOTOLAR

23 Avqust 2017 15:33

VƏHŞİLİK: Pişiyin dərisini soyub küçəyə atdılar

23 Avqust 2017 15:33

Polad Bülbüloğlu: "Yeni baş direktor YUNESKO-nu maliyyə baxımından daha müstəqil etməlidir"

23 Avqust 2017 15:27

Tərəvəzli badımcan dolması

23 Avqust 2017 15:25

Marqvelaşvili: "Azərbaycanlılar göstərdi ki, onlar gürcülərin tarixi dostlarıdır"

23 Avqust 2017 15:23

“Nə oldu sənə, nə oldu belə” – Səbuhi Məmmədli Bayram Kürdəxanılıdan yazır

23 Avqust 2017 15:19

Prosineçki heyəti açıqladı: 2 oyuna 25 futbolçu

23 Avqust 2017 15:17

"Başakşəhər" İspan klubu ilə heç-heçə etdi

23 Avqust 2017 15:13

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlar üçün heyəti açıqlanıb

23 Avqust 2017 15:12

3650 tələbə ali məktəbini dəyişmək istəyir

23 Avqust 2017 15:09

Bakıda 44 yaşlı kişini bıçaqlayaraq qaçan şəxsin məhkəməsi başlayıb

23 Avqust 2017 15:07

İdeal blinçik hazırlamağın 8 üsulu

23 Avqust 2017 15:03

Avrozona iqtisadiyyatında inkişafın dayanması siqnalları gəlir

23 Avqust 2017 15:02

Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ və RƏSMİLƏRİN SÜKUTU

23 Avqust 2017 14:59

Əfqanıstanda TERROR : 6 ölü, 42 yaralı

23 Avqust 2017 14:58

Nazirlik Bakıda müşahidə edilən toz dumanı ilə bağlı operativ iş rejiminə keçib

23 Avqust 2017 14:57

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 Avqust 2017 14:57

BAKI: Toz-dumanla bağlı operativ iş rejiminə keçildi

23 Avqust 2017 14:56

Toz normadan 32 faiz çoxdur - Nazirlik operativ rejimə keçdi

23 Avqust 2017 14:54

ABŞ-ın müdafiə naziri Türkiyədə rəsmi səfərdədir

23 Avqust 2017 14:52

Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb

23 Avqust 2017 14:52

Metbuat.az-da "Məşhur saatı"

23 Avqust 2017 14:50

Şeyx Həmzətin "Ləvəngi" restoranında saxlanılmasının detalları aydınlaşdı

23 Avqust 2017 14:48

Biləsuvarda oğurluqla məşğul olan şəxs saxlanılıb

23 Avqust 2017 14:47

Bu məşhurlarımız avtomobil qəzasında ölüb

23 Avqust 2017 14:45

Rusiyadan bəyanat: “ABŞ-a olan ümidlərimizi itirməmişik”

23 Avqust 2017 14:43

ABB-yə borc müqabilində girov qoyulmuş müəssisələrdən daha biri satılıb

23 Avqust 2017 14:42

TEST: Balın təbii olub-olmadığını belə yoxlayın

23 Avqust 2017 14:38