Saakaşvili:"Putinin burnu uzanacaq"

Saakaşvili:"Putinin burnu uzanacaq"
14:56 18 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Mixail Saakaşvili ötən gün Rusiyanın paytaxtı Moskva şəhərində ənənəvi mətbuat konfransında Vladimir Putinin onun barəsində dediklərinə reaksiya verib.

ANS PRESS-in məlumatına görə, Ukraynanın Odessa vilayətinin qubernatoru Saakaşvili şəxsi “Facebook” səhifəsində prezidentə cavab verib.

“Bu gün Putin Moskvada keçirilən mətbuat konfransında həmişə olduğu kimi, Ukraynada baş verən hadisələrlə fonunda məni də xatırlayıb. Ola bilməz ki, Valdimir Vladimiroviç məni unutsun. Belə ki, mənim Ukraynadakı işim onun heç xoşuna gəlmir, mən onu anlayıram.
Əgər biz Ukraynada korrupsiya zəncirini qırıb, dərin islahatlar keçiriksək onun yalançı imperiyası oyunacaq ev kimi qırılıb dağılacaq.

Putin növbəti dəfə yalan danışaraq mənə Amerikanın viza vermədiyini söylədi. Halbuki, mənim 10 illik turist və 3 illik işçi vizam var".

Saakaşvili bu sözlərinə sübut olaraq vizasının fotosunu da paylaşıb.


Mixail Saakaşvilinin vizası.

Qubernator deyib ki, Putin onun haqqında o qədər yalan danışır ki, axırda plastik əməliyyata ehtiyacı olacaq, çünki onun burnu uzanmağa başlayacaq.


Vladimir Putinin mətbuat konfransından.

Dekabrın 17-də Rusiya Prezidenti Vladimr Putin 11-ci dəfə olaraq ənənəvi konfrans keçirib. Dünyada baş verən hadisələr fonunda sualları cavablandıran prezident maraqlı açıqlamaları ilə yadda qalıb.



O, Saakaşvili haqqında belə deyib: " Gürcüstanla münasibətlərin gərginləşməsinə səbəb biz olmamışıq, ölkənin sabiq rəhbərliyinin qəbul etdiyi qərarlar Gürcüstanın ərazi bütovlüyünün pozulmasına səbəb olub.

Bu, onların günahıdır. Gördüyümüz kimi, hazırda Ukraynada fəaliyyət göstərən sabiq Gürcüstan prezidenti (Mixail Saakaşvili) idarəetmə üsullarını dəyişməyib. Hesab edirəm ki, Saakaşviliyə vəzifə vermək, Ukrayna xalqının üzünə tüpürməkdir".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR