Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Del Boske təqaüdə çıxacağı vaxtı açıqladı

Del Boske təqaüdə çıxacağı vaxtı açıqladı

Date: 18 December 2015 14:57

İspaniya millisinin baş məşqçisi Visente del Boske dekabrın 17-də təqdim etdiyi yeni kitabında karyerası ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Fransada keçiriləcək Avropa çempionatından sonra təqaüdə çıxacağını bildirib.

"Hər şey normal getsə, AVRO-2016-dan sonra İspaniya millisi və İspaniya Futbol Federasiyasını tərk edəcəm. Əsas səbəblərdən biri sağlamlıqdır. Bu postda 8 il çalışmışam və davam etmək istəmirəm. Komanda ilə iş tsiklimi uğurla başa vurmaq niyyətim var. Çoxdan işimə xitam verə bilərdim. Amma əksər ispanların təqaüdə çıxdığı yaşa gəlməyimi gözləyirdim. Fikrimcə, işimin öhdəsindən tam gələ bildim. Öz ehtirasımın olduğu peşə ilə məşğul olmağı şərəf hesab edirəm. İndi, getmək vaxtımın yaxın olduğu bir durumda, gələcəyə baxmıram. Hazırda baş verənləri izləyirəm. Məşqçilikdən gedəcəyim günün səhəri adi həyat haqqında düşünəcəm", - Del Boske bildirib.

Milli.Az


Tags:  Del Boske təqaüdə çıxacağı vaxtı açıqladı

RƏYLƏR


Top news