Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir: "Neftin qiymətinin aşağı düşməsi sosial layihələrin icrasına təsir etməyəcək"

Nazir: "Neftin qiymətinin aşağı düşməsi sosial layihələrin icrasına təsir etməyəcək"

Date: 18 December 2015 15:02

Bakı. 18 dekbar. REPORT.AZ/ "Neftin qiymətinin aşağı düşməsi pensiya və müavinətlərin verilməsinə heç bir təsir göstərməyəcək." "Report"un məlumatına görə, bunu Əmək Əhalinin Sosial Mudafiəsi (ƏƏSMN) naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
S.Müslümov qeyd edib ki, bütün sosial layihə və proqromlar tam nəzərdə tutulan səviyyədə və vaxtında həyata keçirilir: "Hazırda bütün müavinərlər, pensiyalar və digər sosial ödənişlər vaxtında həyata keçirilir. Bu gün Azərbaycan Respublikasının iktisadiyyatı artıq çox güclü şaxələndirmə mərhələsini keçir. Getdikcə ölkənin istehsal olunan ümumi daxili məhsulunda qeyri neft sektorunun payı artır. Həm məşğulluqda, həm də digər sahələrdə və dövlət büdcəsinin formalaşmasında Azərbaycanın kifayət qədər ehtiyyatları var. Neftin qiymətinin aşağı düşməsi nazirlik tərəfindən hər hansı sosial layihələrin icrasında problemlərin olacağı düşünülmür."

Tags:  Nazir Neftin qiymətinin aşağı düşməsi sosial layihələrin icrasına təsir etməyəcək

RƏYLƏR


Top news