Oğurluq edən gözətçi tutuldu

Oğurluq edən gözətçi tutuldu
15:05 18 Dekabr 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı şəhər sakini 10 ildir ki, gözətçilik etdiyi obyektdən oğurluq edib. Polis onu isti izlərlə ələ keçirib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Saatlı şəhər sakini Mirşaiq Baba oğlu Həşimov oğurluq etməkdə təqsirli bilinərək saxlanılıb. Polisə məlumat verilib ki, Mirşaiq Həşimov "CTS AQRO" MMC-nin Saatlı şəhərində yerləşən anbarından ziyanverici həşəratlara qarşı istifadə olunan 6500 manat dəyərində kimyəvi maddə oğurlayıb. Bundan sonra Saatlı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Mirşaiq Həşimov yaxalanıb. 

"Şübhəli şəxs, həmin müəssisədə, anbarda gözətçi işləyən Saatlı şəhər sakini Mirşaiq Baba oğlu Həşimov saxlanılıb. Oğurlanan  əmlak əldə edilib", - deyə İstintaq Bölməsinin rəisi Əvəzağa Məmmədov bildirib.

Saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Hazırda faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/391307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR