"BP-Azerbaijan" şirkətinə yeni azərbaycanlı vitse-prezident təyin olunub

"BP-Azerbaijan" şirkətinə yeni azərbaycanlı vitse-prezident təyin olunub
15:07 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ "BP-Azerbaijan" şirkətinin "Azəri" sahəsi üzrə əməliyyatlar meneceri Elxan Məmmədov hasilat üzrə vitse-prezident təyin olunub. "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "Report"a bildirib ki, o, gələn il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Onun sözlərinə görə, bu yeni vəzifədə E.Məmmədov BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse-prezidentidir.
"Bu vəzifədə o, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə hasilat işlərinin idarə olunmasına cavabdeh olacaq. Bundan əlavə, həm də "Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə Texniki Qrupa sədrlik edəcək. Vitse- prezident rolunda E.Məmmədov yeni vəzifəyə gedəcək Pat Drunu əvəz edəcək və BP-nin regional rəhbər qrupunun üzvü olacaq, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur", - deyə T.Bayatlı əlavə edib.
Qeyd edək ki, E.Məmmədov BP şirkətinə 2001-ci ildə "Çıraq" platformasında nəzarət-ölçü cihazları üzrə texnik kimi qoşulub. Sonra o, BP-nin Şimal dənizində və Xəzərdəki müxtəlif platformalarında çalışıb. Daha sonra "Çıraq" platformasının meneceri, 2009-cu ildə isə BP-nin Azərbaycan üzrə quru əməliyyatları meneceri təyin olunub. 2013-cü ilin iyun ayından BP-nin "Azəri" sahəsi üzrə əməliyyatlar meneceridir.
E.Məmmədov 2011-ci ildə ABŞ-ın Boston şəhərindəki Massaçusets Texnologiya İnsitutunun Əməliyyatlar Akademiyasını bitirib. O, Əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar sahəsində ixtisas forumunun sədri və regionun texniki forumunun həmsədridir.
Ötən il E.Məmmədov Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına töhfəsinə görə “Tərəqqi” medalına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bp-azerbaijan-sirketine-yeni-azerbaycanli-vitse-prezident-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR