Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​“ADA” Universitetində Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib

​“ADA” Universitetində Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib

Date: 18 December 2015 15:12

Bakı. 18 dekabr. REPORT.AZ/ “ADA” Universitetində caz-muğam üslubunun banisi, bəstəkar, pianoçu Vaqif Mustafzadənin xatirə gecəsi keçirilib.
"ADA"-dan "Report"a verilən məlumata görə, xatirə gecəsini Mədəniyyət və Turzim Nazirliyi və Vaqif Mustafazadənin Ev muzeyi birgə təşkil edib. 
Tədbirdə Vaqif Mustafazadənin həyat yolu, Azərbaycanı bütün dünyaya tanıdan nadir istedadı barədə danışılıb. 
Xatirə gecəsində çıxış edən xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə tədris edilən bütün ixtisaslar üzrə təhsil alan tələbələr Azərbaycanın tarixi, mədəniyyəti, onun dünya irsinə əvəzedilməz töhfələri barədə məlumatlı olmalıdırılar.
Mərasimdə Vaqif Mustafazadənin Ev muzeyinin direktoru Afaq Əliyeva, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Vaqif Mustafazadənin sənət dostları Rafiq Seyidzadə, Cavan Zeynallı, Akif Süleymanbəyli də çıxış ediblər.
Tədbirdə Vaqif Mustafazadənin müasirləri olan Rafiq Seyidzadə, Cavan Zeynallı, Vaqif cazz məktəbinin davamçıları, gənc cazz ifaçıları Emil Əfrasiyab, Elçin Şirinov, Tofiq Həsənsoy cazz musiqi parçaları ifa ediblər.
Daha sonra Azərbaycan Beynəlxlaq Məktəbinin yuxarı sinif şagirdi Mirmusa Seyidzadənin “The History of Jazz in Azerbaijan” layihəsi üzrə müəllifi olduğu kitabın təqdimatı keçirilib. Kitabda cazz musiqisinin tarixi, onun Azərbaycanda musiqisevərlər tərəfindən qəbul edilməsi, sovet hakimiyyəti zamanı qadağan edilməsinə baxmayaraq Tofiq Quliyev, Niyazi və başqalarının cazz musiqisini yeni incəsənət meyli kimi tədbiq etmələri, Vaqif Mustafazadənin cazz-muğam üslubunu yaratması, həmçinin Azərbaycanda müasir cazz barədə ətraflı məlumatlar verilir. 





Tags:  ADA Universitetində Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib

RƏYLƏR


Top news