"Bu, Dağlıq Qarabağın bizdən qopardılması məqsədilə ölkəmizə qarşı edilən açıq təzyiq və şantajdır"

"Bu, Dağlıq Qarabağın bizdən qopardılması məqsədilə ölkəmizə qarşı edilən açıq təzyiq və şantajdır"
15:12 18 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı İcması ilə görüşdü (19 İyun 2017 15:13)
Həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüşdülər (19 İyun 2017 15:09)
Pentaqonun başçısı: "ABŞ Şimali Koreyaya qarşı diplomatik təzyiq göstərməyə davam edəcək" (03 İyun 2017 09:12)

ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyevin Trend-ə müsahibəsi

- Azay müəllim, Kris Smitin "Azərbaycan Demokratiya aktı" layihəsi adlı sənədi Azərbaycana qarşı ikili siyasətin məntiqli nəticəsi kimi qiymətləndirmək olarmı?

- ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən təqdim olunan "Azərbaycan Demokratiya aktı" layihəsi adlı sənəd qəbul olunarsa, ilk növbədə, ABŞ-ın maraqlarına ciddi zərbə vuracaq. Bu layihə açıq-aşkar Azərbaycan xalqına və dövlətçiliyinə qarşı erməni lobbisi tərəfindən hazırlanmış məkrli planın bir hissəsidir. Ona görə də mən inanıram ki, ABŞ Konqresi və bütövlükdə rəsmi Vaşınqton heç bir əsası olmayan, hər iki ölkənin milli çıxarlarına tamamilə zidd olan, deyərdim, hətta təxribat xarakteri daşıyan belə bir sənədi rədd edəcək.

Smitin belə bir təşəbbüslə çıxış etməsinin səbəblərinə gəldikdə isə mən şəxsən burada təəccüblü heç nə görmürəm. Çünki biz hamımız dəqiq bilirik ki, ABŞ-ın erməni lobbisi son illər Azərbaycana qarşı fəaliyyətini intensivləşdirib. Kris Smit də ermənilərin yaxın dostu olaraq antiazərbaycan kampaniyasında fəal rol oynayır və bunu heç özü də gizlətmir. Son iki ildə onun verdiyi bəyanatları incələsək, dediklərimin bir daha şahidi olarıq.

Smitin "Azərbaycan Demokratiya aktı" adlı layihəsi də heç şübhəsiz ki, bu kampaniyanın tərkib hissəsidir və daha çox 1992-ci ildə Azadlığın dəstəklənməsi aktına edilmiş 907-ci düzəlişi xatırladır. Bilirsiniz ki, 907-ci düzəlişə görə, Ermənistanın işğalına məruz qalan Azərbaycanı Ermənistana qarşı blokadada və təcavüzdə ittiham edərək ölkəmizə iqtisadi sanksiya tətbiq edilmişdir. ABŞ rəsmiləri hələ də bu bədnam aktın qəbuluna hər hansı bir ağlabatan izahat verə bilmirlər.

- Smitin bu addımı indiki ərəfədə təsadüfdür, yoxsa zərurət?

- Ermənilərin təhriki ilə Smitin belə bir layihə ilə çıxış etməsinin məhz indiki ərəfəyə düşməsi də, məncə, təsadüfi deyil. Birincisi, ona görə ki, bu gündən etibarən İsveçrənin paytaxtı Berndə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox mühüm görüşü başlayır. Bu görüş ərəfəsində ölkəmizin mövqeyini zəiflətmək, danışıqlarda sərgilədiyimiz prinsipial və güzəştsiz siyasətə təsir etmək üçün belə bir layihəni tələm-tələsik Konqresə təqdim ediblər. Bu isə Dağlıq Qarabağın bizdən qopardılması məqsədilə ölkəmizə qarşı edilən açıq təzyiq və şantajdır.

Sənədi hazırlayanların insan hüquqları adı altında radikal islamçıları açıq mətnlə müdafiə etmələri onların əsl mahiyyətini ortaya qoyur. Belə çıxır ki, İŞİD-ə qarşı amansız mübarizə aparan Smit nədənsə Azərbaycanda konstitusion hakimiyyəti devirib şəriət üsul-idarəsinin yaradılmasını qarşısına məqsəd qoyan radikal islamçıları müdafiə edir və onları siyasi məhbus adlandırır. Buna nə ad vermək olar?

Bu təşəbbüsün müəllifləri Azərbaycanda QHT-hökumət dialoqunun əleyhinə olduqlarını və bu dialoq nəticəsində əldə olunan müsbət nəticələrdən ciddi narahatlıq keçirdiklərini bir daha nümayiş etdirdilər. Əks halda, Leyla və Arif Yunusların həbsdən azad edildiyi, cinayət işi ilə əlaqədar aparılan araşdırmalara görə bank hesablarına həbs qoyulmuş 10-a yaxın QHT-nin hesabından həbslərin götürüldüyü, Əfv Komissiyasının məhbusların müraciətinə baxdığı bir ərəfədə belə bir təxribat xarakterli layihəni ortaya atmazdılar. Görünür, vətəndaş cəmiyyəti institutları və insan hüquqlarının təminatı sahəsində Azərbaycanın daxilində icra olunan milli mexanizm bunları qətiyyən qane etmir. Onlar bu layihə vasitəsilə Azərbaycan hökumətini qıcıqlandırmaq və atıla biləcək bütün müsbət addımların qarşısını almağı hesablayıblar.

Bu gün Azərbaycanın ABŞ və Qərblə münasibətlərinin korlanmasını istəyən ölkələr və dairələr hamıya məlumdur. Bu qüvvələr özlərinin regiondakı təsirlərini artırmaq və Qərbi birdəfəlik Cənubi Qafqazdan vurub çıxarmaq üçün hər oyuna əl atırlar. Təsəvvür edin ki, belə bir sənəd qəbul olunur və Azərbaycanın ABŞ-la bütün əlaqələri dondurulur. Regionun aparıcı dövləti olan, kifayət qədər geosiyasi çəkiyə malik olan və Qərbi alternativ enerji ilə təmin edən bir ölkənin Qərblə münasibətlərinin sıradan çıxarılmasına kimin maraqlı olması haqqında isə xüsusi izahata ehtiyac yoxdur.

Hesab edirəm ki, Smitin təqdim etdiyi qanun layihəsinin ədalətsiz və əsassız olmasını bir kənara qoyub, sadəcə yuxarıda qeyd olunan səbəblərə görə ABŞ-ın praqmatik siyasətçiləri və parlament üzvləri bunu birmənalı şəkildə rədd etməlidirlər.

ABŞ-la Azərbaycanın strateji tərəfdaş ölkələr olaraq qalmasını istəyən Birləşmiş Ştatların siyasi elitasının müdrik qərar qəbul edəcəyinə inanıram.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Marko Verratti hələ də çəkir - FOTO

23 İyun 2017 14:57

"Gazelli Art House" Bakıdakı fəaliyyətini bərpa edib

23 İyun 2017 14:57

Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir - FƏLAKƏT SSENARİSİ

23 İyun 2017 14:53

Polis Londonda çoxmərtəbəli yaşayış binasında təxminən 80 nəfərin ölümünə səbəb olan yanğının səbəbini açıqlayıb

23 İyun 2017 14:52

Xəzər Dəniz Gəmiçiliyi üçün yeni bina inşa olunacaq

23 İyun 2017 14:52

Ermənistan Dağlıq Qarabağı narkotik plantasiyalarına çevirir - Bölgədə ikinci Əfqanıstan

23 İyun 2017 14:52

Çempionlar Liqasının oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub

23 İyun 2017 14:52

Murad onunla barışdı

23 İyun 2017 14:51

İlham Əliyev: Daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz bəyənilir və dəstəklənir

23 İyun 2017 14:50

Qadın onu bıçaqlayan ərini bağışladı

23 İyun 2017 14:49

Mark Zukerberq ilk dəfə iftara qatılıb

23 İyun 2017 14:47

"Zirə" - "Differdanj" oyununun hakimləri açıqlanıb

23 İyun 2017 14:47

Fenomenal kəşf edən alimin iti məşhurlaşdı - FOTO

23 İyun 2017 14:47

Arvadını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

23 İyun 2017 14:47

"Buta Airways"in aviabiletlərinin qiyməti 29 avrodan başlayacaq

23 İyun 2017 14:47

Sac qovurma RESEPTİ

23 İyun 2017 14:45

AMEA-dan mənzil bölüşdürülməsi probleminə RƏSMİ MÜNASİBƏT

23 İyun 2017 14:43

Öldürücü istilər GƏLİR - insanların 74 faizi...

23 İyun 2017 14:43

AMB-nin depozit hərracında gəlirlik 9 aylıq minimuma düşüb

23 İyun 2017 14:42

Bugünkü depozit hərracında tələb təklifi 94% üstələyib

23 İyun 2017 14:42

AMEA mənzillərin bölüşdürülməsi ilə bağlı ittihamlara münasibət bildirib

23 İyun 2017 14:42

"Qəbələ" üzərində qazanılan qələbəyə şərh

23 İyun 2017 14:42

Vətəndaşlığı olmayanların ölkəni tərk etməsi ilə bağlı YENİ ŞƏRTLƏR

23 İyun 2017 14:39

Karqo şirkətləri bizi necə aldadır: 150 manat yerinə 520 manat

23 İyun 2017 14:38

Oqtay Əsədov Koreyaya səfər edəcək

23 İyun 2017 14:37

İlham Əliyev: "Azərbaycan dünya miqyasında hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır"

23 İyun 2017 14:37

Serxio Peres birinci sərbəst yürüşdə qəza törədib

23 İyun 2017 14:36

Robotlaşdırılmış quşlar aeroportda növbətçilik edəcək

23 İyun 2017 14:35

Emili yenə cazibədar bədənini nümayiş etdirdi - FOTO

23 İyun 2017 14:32

Azərbaycan Prezidenti: "Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi"

23 İyun 2017 14:32

Formulada daha bir qəza - FOTO

23 İyun 2017 14:32

POLKOVNİK: "Son dərəcə diqqətli olmalıyıq"

23 İyun 2017 14:30

Bakıda 14 və 19 yaşlı qızlar yoxa çıxıb

23 İyun 2017 14:29

Şimali Koreyanın gövdə nümayişi ABŞ-ı QARIŞDIRDI

23 İyun 2017 14:28

Araşdırmaları ilə Avropanı mat qoyan azərbaycanlı professor kimdir?

23 İyun 2017 14:27

"İnsanı bunu çox düşünsə məhv olar"

23 İyun 2017 14:25

Taksi sürücüsü Artur Rasizadənin kortejinin qarşısını kəsdi - VİDEO

23 İyun 2017 14:23

Avropalılar Avropa İttifaqından çıxmaq barədə nə düşünürlər?

23 İyun 2017 14:22

“Azfinance” investisiya şirkətinin zərəri 4 dəfə artıb

23 İyun 2017 14:22

Hamı bu uşağın tanrı olduğuna inanır - FOTO

23 İyun 2017 14:22

Patent müvəkkillərinin attestasiyası keçiriləcək

23 İyun 2017 14:22

Messi haqda yekun qərar: 252 min avroluq təzminat

23 İyun 2017 14:19

Möhtəşəm konsertə hazırlaşan Tarkan danışdı: “Azərbaycan üçün çox darıxmışam” - FOTO

23 İyun 2017 14:18

Vaqif üçün xoş gün - FOTO

23 İyun 2017 14:17

PKK-ya aid mağara məhv edildi

23 İyun 2017 14:17

“Yıxılandan sonra ata minməyə qorxurdu...” - Lent.az-ın əməkdaşı “Qaçaq Nəbi” oldu - FOTOLENT

23 İyun 2017 14:14

"Unibank" kartlarında yeni xidmət

23 İyun 2017 14:13

Evdən qaçan uşaq evin damında tapıldı - FOTO

23 İyun 2017 14:12

Zərərçəkən Eldar Mahmudovun məhkəməyə gətirilməsini tələb etdi

23 İyun 2017 14:12

İxrac mallarına görə vəsaitləri ölkəyə gətirməyənlər üçün “qırmızı kanal” sistemi tətbiq olunacaq - FOTO

23 İyun 2017 14:12