Aygünlə Namiq yeni ili bir yerdə qarşılayacaq: "Sürpriz olacaq"

Aygünlə Namiq yeni ili bir yerdə qarşılayacaq: "Sürpriz olacaq"
15:14 18 Dekabr 2015
113 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Kazımova ilə müğənni Namiq Qaraçuxurlu yeni il gecəsində eyni məkanda səhnəyə çıxacaqlar. Bu barədə Lent.az-a gecənin təşkilatçısı, xalq artisti Faiq Ağayevin tələbəsi Tural Vəlizadə deyib. O bildirib ki, yeni il gecəsində iki məşhur "İnci saray"da səhnə alacaq: “Öncə onu deyim ki, yeni il gecəsində şou-biznes əhlini bir araya yığmaq çox çətin işdir. Lakin bu çətin işin öhdəsindən indidən gəldiyimə əminəm. Belə ki, yeni il gecəsində mənimlə yanaşı xalq artistləri Faiq Ağayev, Aygün Kazımova, əməkdar artistlər Nüşabə Ələsgərli, Ədalət Şükürov, müğənnilərdən Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Namiq Qaraçuxurlu, Səidə Sultan, Nigar Şabanova, “İnci” qrupu və bir neçə tanınmış simalar eyni səhnəni paylaşacaq. Gecədə bir çox sürprizlərin də olacağını deyə bilərəm. Gecənin aparıcısı isə Kamran Quliyev və Lətafət Ələkbərova olacaq”.

 

Xalq artisti A.Kazımova yeni ildəki çıxışı ilə bağlı təəssüratlarını Lent.az-la bölüşüb: “Hər il olduğu kimi bu il də yeni ili sevənlərimlə qarşılayacağam. 2016-ci ildə fərqli imicdə olacağam. Həmin gecə də pərəstişkarlarıma yeni mahnımı təqdim edəcəm. Çox güman həmin gün sürpriz də olacaq”.

 

Qeyd edək ki, yeni il gecəsində N.Qaraçuxurlu 00:30-da, A.Kazımova isə saat 01:00-da çıxış edəcək.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR