Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MN: Ermənilər eyni palçığa batmaqdan bezmir

MN: Ermənilər eyni palçığa batmaqdan bezmir

Date: 18 December 2015 15:16

“Erməni tərəfi cəbhədə hər döyüş toqquşmasında iki-üç qat artıq döyüş itkisi verir”. Bunu ANS PRESS-in sorğusuna cavabında Müdafiə Nazirliyindən verilib.

Ermənistan silahlı qüvvələri bölmlərinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır.

"Hər dəfə canlı qüvvə sarıdan iki-üç qat döyüş itkisi verən düşmən tərəf, höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir. İkrah doğurucu isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir".

Nazirlik bildirib ki, Azərbyacan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabina düşmən həmişə olduğu kimi, yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endirələcək. Erməni tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaq.


Tags:  Ermənilər eyni palçığa batmaqdan bezmir


RƏYLƏR


Top news