Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erməni tərəfi cəbhədə hər döyüş toqquşmasında iki-üç qat artıq itki verir

Erməni tərəfi cəbhədə hər döyüş toqquşmasında iki-üç qat artıq itki verir

Date: 18 December 2015 15:18

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri bölmələrinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır. Bunu Trend-in sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin məlumatında qeyd olunur ki, hər dəfə canlı qüvvə sarıdan iki-üç qat döyüş itkisi verən düşmən tərəf, höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir: "İkrah doğurucu isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir".

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabına düşmən həmişə olduğu kimi, yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endirələcəkdir. Erməni tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaqdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Erməni tərəfi cəbhədə hər döyüş toqquşmasında iki-üç qat itki verir

RƏYLƏR


Top news