Yaşıl Karta qoşulan sığorta şirkətlərinin sayı 7-yə çatdı

Yaşıl Karta qoşulan sığorta şirkətlərinin sayı 7-yə çatdı
15:23 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

“Standard Insurance” sığorta şirkəti Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib. Bu barədə Trend İcbari Sığorta Bürosuna istinadən məlumat verir.

Bununla da sistemə qoşulmuş Azərbaycan sığorta şirkətlərinin sayı 7-yə çatıb: "AXA MBASK", "Xalq Sığorta", "AzSığorta", "Meqa Sığorta", "AtaSığorta", "PAŞA Sığorta" və "Standard Insurance".

Qeyd edək ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 50-2-ci maddəsinə uyğun olaraq, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR