Bakı konfransında Azərbaycanda inşaat materialları sənayesinin inkişaf perspektivləri müzakirə edilib

Bakı konfransında Azərbaycanda inşaat materialları sənayesinin inkişaf perspektivləri müzakirə edilib
15:28 18 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC 
Bakıda “Azərbaycanda inşaat materialları sənayesinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Toplantı Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda inşaat materialşünaslığının inkişafı, yeni materiallar və texnologiyalar, inşaat materiallarının istehsalında nanotexnologiyaların tətbiqi, onların ekoloji təhlükəsizliyinin təmin edilməsi problemləri əsas müzakirə mövzusu olub.
Universitetinin rektoru Gülçöhrə Məmmədova konfransın keçirilməsində əsas məqsədin tikinti sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətləri bir araya gətirmək və mövcud əlaqələri inkişaf etdirmək olduğunu vurğulayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı nəticəsində tikinti sektorunun inkişafı istiqamətində mühüm işlər görülüb, yeni müasir yerli istehsal müəssisələri yaradılıb.
Çıxış edənlər tikinti materiallarının istehsalında yeni növ kimyəvi maddələrin tətbiqinin, eləcə də tikinti materiallarının standartlaşdırılmasının vacibliyini önə çəkiblər.
Toplantıda mövzu ətrafında məruzələr dinlənilib və təqdimatlar olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_konfransinda_Azerbaycanda_insaat_materiallari_senayesinin_inkisaf_perspektivleri_muzakire_edilib-912396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR