Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib

Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib
15:32 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib. “Report” xəbər verir ki, bundan sonra kinoteatr “CinemaPlus” adlandırılacaq.
Belə ki, Rebrendinq layihəsi yalniz kinoteatrın adının dəyişdirilməsi ilə kifayətlənmir. Belə ki, layihə çərçivəsində kinoteatrın loqosu,əməkdaşların forması tam dəyişdirilib, həmçinin daxili interyerlərin dizaynları təkmilləşdirilib və çap məhsullarında da dəyişikliklər edilib.
Divarların orijinal işıqlandırılması gonağların diqqətini cəlb edərək onların zövqünü oxşayır. Xüsusi seçilmiş rənglər tamaşaçıların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı xoş atmosfer yaradır. Vahid yeni üsluba keçid inkişafda mühüm mərhələdir.
“Mən” korporativ brendinq” şirkəti kinoteatrın korporativ dəyişikliyində fəal iştirak edib.
Bundan əlavə qeyd olunur ki, kinoteatr yeri reklam daşıyıcılarının tətbiqinə başlayıb. Bunun nəticəsində bütün yerli şirkətlər daha effektiv reklam vasitələrindən istifadə edə biləcəklər.




Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanin-premium-kinoteatri-28-cinema-nin-adi-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR