Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi: Ermənistan ordusu cəbhədə iki-üç qat artıq itki verir

Müdafiə Nazirliyi: Ermənistan ordusu cəbhədə iki-üç qat artıq itki verir

Date: 18 December 2015 15:33


Bakı, 18 dekabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri bölmələrinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır.
Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, hər dəfə canlı qüvvə sarıdan iki-üç qat artıq itki verən düşmən tərəf, höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir. İkrah doğurucu hal isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir.
Azərbaycan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabına düşmən həmişə olduğu kimi, yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endiriləcək. Ermənistan tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaq.

Tags:  Müdafiə Nazirliyi Ermənistan ordusu cəbhədə iki-üç qat itki verir


RƏYLƏR


Top news