Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda əqli mülkiyyət sahəsində təlimlərin ilk mərhələsi keçirilib

Azərbaycanda əqli mülkiyyət sahəsində təlimlərin ilk mərhələsi keçirilib

Date: 18 December 2015 15:37

Bakı. 18 dekabr. REPORT.AZ/ Dekabrın 14-18-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının təşkilatçılığı ilə əqli mülkiyyət sahəsində təlimlərin I mərhələsi keçirilib.
“Report” Komitəyə istinadən bildirir ki, təlimlər Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid mərhələsində olan və inkişaf etmiş ölkələr üzrə Departamentin mütəxəssisi İlya Qribkov, İstanbul Boğaziçi Unuversitetinin professor köməkçisi Mehmet Nafi Artemel və Qahirə Əqli Mülkiyyət Akademiyasının mütəxəssisi Fatma Samir El Sebaei tərəfindən “AzPatent”in təlim mərkəzində aparılıb.
Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan milli əqli mülkiyyət institutunun (təlim mərkəzinin) fəaliyyətini daha səmərəli etmək, əqli mülkiyyətin qorunması ilə bağlı ictimai maraqlar arasında ədalətli balans yaratmaq, o cümlədən milli prioritetlərə və məqsədlərə nail olmaq və yerli əqli mülkiyyət mütəxəssislərinin, peşəkarların, dövlət rəsmilərinin və digər maraqlı tərəflərin artan tələblərinə cavab vermək məqsədilə bu infrastrukturu inkişaf etdirmək, kadr potensialının gücləndirilməsi olub.
Təlimlərdə elm, təhsil, gömrük və s. sahələri əhatə edən 25 nəfər təlim iştirakçısı və 5 nəfər dəvət olunan mütəxəssis iştirak ediblər.
Qeyd edək ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən Azərbaycanda əqli mülkiyyətin idarə olunması sisteminin təkmilləşdirilməsi, mütəxəssis hazırlamaq, zəruri texnologiyaların, bilik və bacarıqların maraqlı tərəflərə ötürülməsini təmin etmək məqsədilə Komitənin nəzdində Təlim Mərkəzi yaradılıb.

Tags:  Azərbaycanda əqli mülkiyyət sahəsində təlimlərin ilk mərhələsi keçirilib

RƏYLƏR


Top news