Merkelin fikrincə, Böyük Britaniya Aİ üçün hələ itirilməyib

Merkelin fikrincə, Böyük Britaniya Aİ üçün hələ itirilməyib
15:38 18 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 18 dekabr, AZƏRTAC
AFR kansleri Angela Merkel hesab edir ki, Avropa İttifaqında islahatlar məsələsi barədə Britaniyanın baş naziri Devid Kemeronla kompromisə gəlmək mümkündür. A.Merkel bu fikri dekabrın 18-nə keçən gecə Brüsseldə, Aİ sammitinin birinci gününün yekunlarına əsasən söyləyib.
“Xoş məram olsa, burada da müxtəlif istəkləri təmin edə biləcək ortaq məxrəc tapmaq mümkündür”, - deyən kansler əlavə edib ki, 2016-cı ilin fevral ayında nəzərdə tutulan növbəti görüşdə müsbət nəticə alına bilər. Bununla belə, Merkel etiraf edib ki, Londonun tələblərini yerinə yetirmək asan olmayacaq. O daha sonra deyib: “Biz aydın şəkildə bildirdik ki, kompromisə hazırıq. Bu şərtlə ki, baza əhəmiyyətli Avropa prinsiplərinə riayət edilsin, o cümlədən ayrı-seçkilik olmasın, yerdəyişmə azadlığı təmin edilsin”. Merkelin fikrincə, Avropa sazişlərinə dəyişikliklər edilməsi mümkündür, “amma indi yox”.
Britaniyanın baş naziri bildirib ki, Aİ-də islahatlar barədə onun təklifinə dair razılığa doğru aparan “cığır” görünür. Londonun Brüssel ilə danışıqlarının yekunu kimi Birləşmiş Krallıqda Aİ-yə üzvlük məsələsinə dair referendum keçiriləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merkelin_fikrince_Boyuk_Britaniya_AI_uchun_hele_itirilmeyib-912402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR