“Azercell” jurnalistlər üçün növbəti təlim təşkil edir

“Azercell” jurnalistlər üçün növbəti təlim təşkil edir
12:58 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Hər zaman olduğu kimi qarşıdan gələn ilin tam başlanğıcında, yəni yanvarın 8-9-da “Azercell Telekom” media nümayəndələri üçün növbəti peşəkar təlim təşkil edəcək. İki gün davam edəcək təlim Sosial Media sahəsində jurnalistlərin biliklərinin artırılması üçün nəzərdə tutulub. Təlimlərdə təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirak edəcək. Den Meyson iştirakçılara Google – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edəcək.

İştirakçılar üçün seçim meyarları: Təlimdə çap və internet mediası, həmçinin elektron KİV nümayəndələri iştirak edə bilər. Təlimə qatılmaq istəyən jurnalistlər özləri haqqında məlumatı (ad-soyad, təvəllüd, iş yeri, əvvəlki iş təcrübəsi, təhsili və əlaqə məlumatları) qeyd etməlidirlər. Məlumatları 05.01.2015 tarixinə qədər pressazercell@gmail.com ünvana göndərmək lazımdır.

Xatırladaq ki, “Azercell Telekom”MMC fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olub. Jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün mütəmadi ingilis dili kursları təşkil olunmaqdadır. Indiyə qədər Azercell tərəfindən çoxsaylı təlimlər keçirilib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlamışdır. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir.

”Azercell Telekom” hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam etməkdədir.

Azercell Telekom”MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2348932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR