​Kür çayının dərinləşdirilməsinə başlanılıb

​Kür çayının dərinləşdirilməsinə başlanılıb
15:52 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT. AZ / Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində lilsoran qurğu vasitəsi ilə dibdərinləşdirmə işləri aparılır. "Report" xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi Kürün Salyan rayonunun ərazisindən keçən hissəsinə də öz təsirini göstərib. 
Çayın səviyyəsi əvvəlki günlərlə müqayisədə 1 metr artıb. Suyun səviyyəsinin bu qədər qalxması hələlik rayon üçün elə bir ciddi təhlükə törətmir.
Buna baxmayaraq bir neçə il bundan öncə baş vermiş daşqınlar təkrarlanmasın deyə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən rayonda qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu yaxınlarda Kür çayına lilsoran qurğu gətirilib. Həmin bu qurğunun vasitəsi ilə su səthindən 14 metr dərinliyində dibdərinləşdirmə işləri aparılır.
Lilsoran qurğu gün ərzində yerindən asılı olaraq 15-20 metr lil sovuraraq irəliləyə bilir.
Qeyd edək ki, çayın dibindən çıxarılan su-qurunt qarışığı bir-birinə quraşdırılımış borular vasitəsi ilə sudurulducu hövuzlara yönəldilir. Sudurulducu hovuzlara yığılmış lilli su çökdürüldükdən sonra yenidən çaya axıdılır. İndiyə kimi Kürün 600 metr hissəsi lildən təmizlənərək dibi dərinləşdirilib.










Xəbərin orijinal ünvanı: http://report.az/multimedia/kur-cayinin-derinlesdirilmesine-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR