Qarışıq döyüş növləri üzrə Naxçıvan çempionatı başa çatıb

Qarışıq döyüş növləri üzrə Naxçıvan çempionatı başa çatıb
15:53 18 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 18 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz ki, dekabrın 17-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan MMA Liqasının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə qarışıq döyüş növləri (MMA) üzrə Naxçıvan çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 18-də çempionatın final görüşləri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək, çempionatın keçirilmə qaydaları və məqsədi haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Gərgin döyüş mübarizəsi şəraitində keçən final görüşlərinin nəticələrinə görə 56, 61, 66, 70, 77, 84, 93 və 110 kiloqram çəki dərəcələrində müvafiq olaraq Polad Cəlilov, Tağı Məmmədov, Cəmaləddin Tağıyev, Məmmədəli Bağırov, Şulan Bağırov, Nəcəfəli Nəcəfov, Səyyad Məmmədov və Turqay Qasımov çempion adını qazanıblar.
Çempionatın qalibləri təşkilatçılar tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarisiq_doyus_novleri_uzre_Naxchivan_chempionati_basa_chatib-912408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR